"Şəki" bu mövsüm daha bir aparıcı basketbolçusu və kapitanı ilə vidalaşıb.
"Football-plus.az" xəbər verir ki, klub məcburiyyətdən komandanın aparıcı oyunçusu Aleks Koldvellə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Ayrılığa səbəb amerikalı basketbolçunun şəxsi həyatında üzləşdiyi problemdi.
Qeyd edək ki, "Şəki" cari mövsüm 2-ci dəfə belə şanssız halla üzləşir. Daha öncə komandanın əvvəlki kapitanı Kris Barton Gəncədəki oyunda ağır zədə alıb, əməliyyat keçirdiyindən onunla yollar ayrılmışdı.