EN

“Azərişıq” sədri Qubada qəbul keçirib

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qubada Heydər Əliyev mərkəzində Quba və Qusar rayonlarından olan vətəndaşlarla görüşüb.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

“Azərişıq” ASC-nin həyata keçirdiyi yenidənqurma və maarifləndirmə tədbirləri ilə yanaşı regionlarda vətəndaşlarla təşkil olunan görüşlər də abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

XQ

Chosen
40
xalqqazeti.az

1Sources