EN

Almaniyada 100 çəlləkdən çox pivə oğurlandı

Almaniyanın bir çox bölgələrində hər il keçirilən karnaval üçün nəzərdə tutulmuş 100 çəlləkdən çox pivə oğurlanıb.

Axar.az xəbər verir ki, bu barədə hadisənin baş verdiyi Hilden şəhərinin polis bölməsindən məlumat verilib.

Məlumata görə, naməlum şəxslər şəhərin mərkəzində park edilmiş və karnaval şənlikləri üçün hazırlanmış həcmi 10 litrdən 50 litrə qədər olan pivə çəlləklərinin saxlandığı iki yük maşınını soyublar.

Polis dəymiş ziyanın 20 min avro dəyərində olduğunu bildirib.

Chosen
40
axar.az

1Sources