EN

İngiltərəli hücumçu “Neftçi”nin bir gözünü güldürdü, o biri gözünü ağlatdı - VİDEO

Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçında “Neftçi” “Kəpəz”i qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.

“Ağ-qaralar”ın yeni transferi Bassala Sambu 27-ci dəqiqədə qonaqları məyus edib. Forvard 61-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

İlk görüşdə 2:0 hesablı qalibiyyət əldə edən “Neftçi” mərhələ adlayan tərəf olub. Komanda bu raundda “Sabah”la üz-üzə gələcək.

“Neftçi” – “Kəpəz” 1:0
Qol:
Bassala Sambu, 27
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov.
"Neftçi Arena"
İlk oyun - 2:0.

Chosen
42
48
sportinfo.az

10Sources