EN

Təhlükəli yol sahələri - BDYPİ-dən sürücülərə müraciət

Bakı. Trend:

Qarlı və buzlu hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət YolPolisi İdarəsi sürücülərə ehtiyatlı olmalarını tövsiyə edir.

Trend xəbər verir ki, bu barədə DYP-ninmüraciətində bildirilib.

Belə hava şəraitində bəzi yol sahələri xüsusilə təhlükəli hesabolunur. Sürüşmə və qəza riskini azaltmaq üçün aşağıdakı ərazilərdədaha diqqətli olmaq vacibdir:

* Körpülər və yol ötürücüləri – Havanın təsirinə daha çox məruzqaldıqları üçün tez donur.

* Tunellərdən çıxış hissələri – Temperatur fərqi səbəbindənburada gizli buzlanma ola bilər.

* Dönüşlər və enişli-yoxuşlu yollar – Sürüşmə riskiyüksəkdir.

* Yol qovşaqları və dairəvi kəsişmələr – Avtomobillər tez-tezdayanıb-hərəkət etdiyinə görə buzlanma ehtimalı artır.

* Svetoforlu və svetoforsuz keçidlər – Sürücülərin tez-tezəyləcdən istifadə etdiyi yerlər olduğu üçün buzlanma ehtimalıböyükdür.

* Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışları – Sıx hərəkətvə dayanma səbəbindən yol səthi buz bağlaya bilər.

* Avtobus dayanacaqlarının yaxınlığı – Piyadaların çox olduğu vəavtobusların tez-tez dayandığı yerlərdə qəfil sürüşmə riskimövcuddur.

Sürücülərdən xahiş olunur ki, bu cür yol sahələrində sürəthəddini azaltsınlar, ara məsafəsini qorusunlar və qəfilmanevrlərdən çəkinərək yol hərəkəti qaydalarına ciddi riayətetsinlər.

Chosen
39
10
az.trend.az

10Sources