Papa Fransiskin səhhəti kəskin şəkildə pisləşib.
Publika.az xəbər verir ki, Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məluma görə, pontifik qusma və kəskin tənəffüs çatışmazlığına səbəb olan kəskin bronxospazmdan əziyyət çəkir.
O, süni tənəffüs aparatına qoşulub.
Fevralın 14-də xəstəxanaya yerləşdirilən Papanın vəziyyətinin "kritik, lakin stabil" olaraq qaldığı bildirilib.