Azərbaycan Basketbol Liqasında XV tur davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün A qrupunda turun son iki matçı keçirilши
Hər iki qarşılaşma “Sərhədçi” İdman Mərkəzində baş tutги. Öncə NTD ilə “Sərhədçi” üz-üzə gəlib. Tahir Baxşıyevin komandası oyuna yaxşı başlasa da, fasilədən sonra "Sərhədçi" vəziyyəti öz xeyrinə dəyişərək 1 xal fərqi ilə qalib gəlib.
Günə “Naxçıvan”la “Sabah” arasında matçla yekun vurulub. Çempion mövsümdə 4-cü dəfə uduzub. Oyun 85:82 hesabı ilə yekunlaşıb.
Turun bu gün keçiriləcək son oyununda B qrupunun komandaları “Şəki” və “Lənkəran” üz-üzə gələcək.
A qrupu
16:00. NTD – “Sərhədçi” - 83:84 (28:23, 22:20, 16:25, 17:16)
Sərhədçi İM
19:00. “Naxçıvan” – “Sabah” - 85:82 (24:21, 28:20, 20:22, 13:19)
Sərhədçi İM
1 | Sabah | 15 | 11 | 4 | 1234-1064 | 26 |
2 | Naxçıvan | 15 | 11 | 4 | 1184-1145 | 26 |
3 | Neftçi | 15 | 7 | 8 | 1049-1058 | 22 |
4 | Sərhədçi | 15 | 6 | 9 | 1137-1087 | 21 |
5 | Abşeron | 15 | 6 | 9 | 1091-1198 | 21 |
6 | NTD | 15 | 4 | 10 | 1084-1195 | 19 |