EN

Roma Papasının vəziyyəti pisləşib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Roma Papası Fransisk bronxospazm keçirib ki, bu da təcili tənəffüs yardımı tələb edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin bəyanatında deyilir.
Qeyd olunur ki, bronxospazm qusmaya səbəb olub.
"Bronxospazm tənəffüs orqanlarının fəaliyyətinin pisləşməsinə səbəb olub. Pontifikə invaziv olmayan süni tənəffüs aparatı qoşulub", - deyə bəyanatda bildirilir.
Xatırladaq ki, 88 yaşlı I Fransisk fevralın 14-dən etibarən ikitərəfli ağciyər iltihabı ilə xəstəxanada yatır.
Chosen
65
1
oxu.az

1Sources