Fransalı hakimlər həyatlarının təhlükədə olduğunu hiss etdikdə matçı idarə etməkdən imtina etmək hüququndan istifadə edə bilərlər.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb .
Fransa Hakimlər İttifaqı bu qərarı “Oser”lə matçdan (0:3) sonra Liqanı və hakimləri korrupsiyada ittiham edən “Marsel” prezidenti Pablo Lonqoriyanın emosiyaların partlaması fonunda qəbul edilib. Yerli mətbuat yazır ki, məmur Jeremi Stinatın həmin uduzmuş matça hakim təyin edilməsinə qarşı çıxıb.
Qeyd olunur ki, matçdan sonra hakimin maşınının təkərləri deşilib. O, mənəvi ziyanın ödənilməsi üçün özü şikayət edib.