EN

Tibo Kurtua Belçika millisinə qayıdır

Bakı. Trend:

"Real Madrid"in qapıçısı Tibo Kurtua yenidən Belçika millisindəçıxış edəcək.

Trend xəbər verirki, bu barədə millinin baş məşqçisi Rudi Qarsiya məlumat verib.

"O geri qayıdacaq. Bu, bütün Belçika üçün əla xəbərdir. Mənhəmişə Tibonu dünyanın ən yaxşı qapıçısı hesab etmişəm. "RealMadrid"in "Mançester Siti" ilə oyunundan əvvəl onunla danışmaq üçünMadridə getdim", – deyə Qarsiya bildirib.

Qeyd edək ki, Kurtua 2023-cü ilin yayından Belçika millisinədəvət almırdı. O vaxtlar onun millinin keçmiş baş məşqçisi DomenikoTedesko ilə anlaşmazlıq yaşadığı barədə xəbərlər yayılmışdı.

Chosen
68
az.trend.az

1Sources