EN

Daha 2 nəfər dəm qazından öldü

Bakıda kişi dəm qazından boğulub.

“Qafqazinfo” xəbər verir ki, Ə. Mikayılov yaşadığı Bakı şəhəri Nəsimi rayonu Natiq Şahbazov küçəsindəki mənzilin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Oxşar hadisə Sumqayıtda da baş verib. Şəhərin İnşaatçılar qəsəbəsində yaşayan Ə. Məmmədov dəm qazından boğularaq vəfat edib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Chosen
24
5
qafqazinfo.az

10Sources