Hazırda müşahidələr göstərir ki, Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti və Bakı dairəvi yolunda yolların buz bağlaması səbəbindən, xüsusilə yük avtomobillərinin hərəkətində problemlər yaranıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, yolda sürüşmə ehtimalını nəzərə alsaq mümkün qədər çox ara məsafəsi saxlanılmalı və sürət həddinə əməl edilməlidir. Bu zaman baş verə biləcək yol-nəqliyyat hadisəsindən yayınmaq mümkün ola bilər.
Paytaxtın bəzi əsas yollarında nəqliyyat sıxlığı hələ də qalmaqdadır.
Hal-hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Alı Mustafayev küçəsi, "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.