EN

Ən şanslı qan qrupu müəyyənləşdi

Tibb aləmində mühüm kəşf edilib. Alimlərin apardıqları geniş araşdırmalar nəticəsində insanların xoşbəxt qan qrupu kimi tanınan qan qrupu müəyyən edilib.

Doktorm.az 32gun.az-a istinadən xəbər verir ki, Araşdırmalarla sübut edilən bu tapıntı sağlamlıq sahəsində mühüm dönüş nöqtəsi ola bilər.

Qan qruplarının insan sağlamlığına təsiri uzun illər araşdırma mövzusudur. Bu əhatəli araşdırma nəticəsində əldə edilən məlumatlar müəyyən qan qrupu olan şəxslərin digərlərindən üstün olduğunu ortaya qoyur.

Qan qruplarının insanların həyatında mühüm rol oynadığı məlum idi, lakin onların bəxt faktoru ilə əlaqələndirilməsi yeni tapıntıdır.

55 min insan üzərində aparılan araşdırma, O qan qrupu olanların xərçəng və bir sıra mühüm xəstəliklərə tutulma riskinin daha az olduğunu göstərdi. Tədqiqatlar göstərir ki, qan qrupları və xəstəliklər arasında əhəmiyyətli bir əlaqə var.

Məlum olub ki, A, B, AB qan qrupu olan insanların O qan qrupu olanlara nisbətən daha çox sağlamlıq riski var.

Bu o demək deyil ki, 0-cı qrupdan başqa insanlar mütləq xəstəlik riski altındadırlar. Qidalanma və idman vərdişləri kimi bir sıra mühüm amillər də var, lakin O qan qrupu olanların bir sıra mühüm xəstəliklərin inkişaf riski daha azdır.

Araşdırma aparan  Milli Sağlamlıq İnstitutundan Dr. Araş Etemadi olub.

Etemadi İranın şimal-qərbində 55 min insanı əhatə edən araşdırma aparıb. İlkin tapıntılar göstərdi ki, O qan qrupu olanların bəzi xəstəliklər üçün ölüm nisbəti olmayanlara nisbətən 9 faiz daha yüksəkdir.

Araşdırma zamanı qan qrupu ilə mədə xərçəngi arasındakı əlaqə də araşdırılıb. Nəticələr göstərdi ki, A, B və AB qan qruplarına sahib olan insanlarda O qan qrupu olanlara nisbətən mədə xərçənginə tutulma ehtimalı 55 faiz çoxdur.

Tədqiqatlar daha əvvəl göstərmişdi ki, O qan qrupu olmayan insanlarda xərçəng və ürək xəstəliklərinə tutulma riski daha yüksəkdir.

11 min insanın iştirak etdiyi araşdırmada qan qruplarının qan təzyiqi, qan şəkəri və xolesterin səviyyələri ilə bağlı tapıntılar da ortaya çıxdı. A qrupu qanı olanlarda pis xolesterinin yüksək nisbətdə olduğu müəyyən edilmişdir.

Chosen
100
30
Doktorm.az

10Sources