EN

Ağcabədidə ağır qəzada ölənlərin sayı 6-ya çatdı

Ağcabədi. Trend:

Ağcabədidə baş verən zəncirvari qəzada ölənlərin sayı altıyaçatıb.

Trend xəbərverir ki, bu gün səhər saatlarında hadisə yerindən 1992-ci iltəvəllüdlü Fəxri Rzayevin də meyiti tapılıb.

O, qəza zamanı “KİA” markalı avtomobildən yaralı halda çıxaraqyolun kənarına düüb və orada ölüb.

33 yaşlı kişinin meyiti tapıldığı yerdən götürülərək aidiyyətiüzrə təhvil verilib.

Bununla qəzada ölənlərin sayı 6-ya çatıb.

Qeyd edək ki, Ağcabədidə zəncirvari qəza baş verib. "Mercedes","KIA" və "VAZ" markalı avtomobillərin iştirakı ilə baş verən qəzada"VAZ”da olan sürücü və dörd nəfər sərnişin hadisə yerində ölüb.

Hadisə nəticəsində ölən Hüsüyev Vüsal Məmməd oğlu (1991-ci il),Əmrahov Sənan Aqil oğlu (1995), Aslanov Azər Fəyyaz oğlu (1992),Ələsgərov Asiman Yaşar oğlu (2007), Aslanlı Elbəy Mövsüm oğlunun(2002) nəşləri gecə saatlarında aşkarlanmışdı.

Chosen
83
az.trend.az

1Sources