EN

Pike komandaları xallarından məhrum etməyi təklif etdi

“Barselona”nın keçmiş müdafiəçisi Jerar Pike “quru” hesabla heç-heçə (0:0) halında komandaları xallarından məhrum etməyi təklif edib.

Arena.az “Marca” nəşrinə istinadən, ispan veteranın müvafiq fikrini təqdim edir:

“Ola bilməz ki, siz 100, 200 və 300 avro xərc çəkib futbol stadionunu ziyarət edəsiniz, oyun isə 0:0 hesabı ilə başa çatsın. Nəyisə dəyişmək gərəkdir. Baxışdan keçirilməsi mümkün təkliflərdən biri budur ki, əgər oyun 0:0 hesabı ilə başa çatsa, bu halda komandalar xal qazanmasınlar. Belə olduğu halda oyun 70-ci dəqiqədən etibarən daha da açıq olacaq”, deyə Pike vurğulayıb.

Əlavə edək ki, Pikenin “mütərəqqi” təklifinə ilk qarşılıq dalğası tənqidi olub. Sosial şəbəkələrdə müzakirə edilmiş bu təklifə “futbolun başına oyun açmayın” qəbilindən fikirlərlə qarşılıq verilib.

Chosen
42
arena.az

1Sources