“Bavariya” Almaniya Bundesliqasının 24 turunda 72 qol vurub.
İdman.biz xəbər verir ki, Münhen klubunun orta məhsuldarlığı 3-ə bərabərdir.
Bu, Bundesliqa tarixinin ikinci göstəricisidir. Yalnız bir dəfə 24 oyunda daha çox qol vuran olub. 2021/22 mövsümündə “Bavariya” 75 dəfə fərqlənib. Bu dəfə həmin rekorda 3 top çatmayıb.
Qeyd edək ki, qol sayında ikinci olan “Bayer” bir oyun az keçirib və 51 dəfə fərqlənib.
İdman.biz