Ağcabədi rayonunda dünən baş verən yol qəzasında ölənlərin sayı altı nəfərə çatıb.
Məlumata görə, “Kia” markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Fəxri Rzayev qəza zamanı zərbənin təsirindən yolun kənarına düşüb.
Onun meyiti sonradan tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb
28.02.2025 22:19
Ağcabədi rayonunda baş vermiş zəncirvari qəzada beş nəfər bədənin müxtəlif dərəcəli xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisədə yaralananların kimliyi aşağıdakı kimidir:
1. Nəsirov Xəyal Asif oğlu, 1992-ci il təvəllüdlü
2. Yusifli Tural İdris oğlu, 1992-ci il təvəllüdlü.
3. Umudzadə Akşin Elsevər oğlu, 1996-cı il təvəllüdlü.
4. Nurlan Qurbanov, 2000-ci il təvəllüdlü.
5. Əli Alişanov, 2000-ci il təvəllüdlü.
Qeyd edək ki, hadisə nəticəsində 5 nəfərin həkiməqədər ölüm faktı qeydə alınmışdı.