EN

İndoneziyada güclü zəlzələ olub

İndoneziya sahilində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 355 min nəfərin yaşadığı Ambon şəhərindən 375 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 151 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan olunmayıb.
 
 
 

Chosen
137
50
7news.az

10Sources