Azərbaycanda “Barselona”nın futbol akademiyası yaradılacaq.
Fanat.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kataloniya klubunun prezidenti Juan Laportanı qəbul edərkən bildirilib.
Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.