EN

Vergidən yayınanlarla bağlı qanunvericilik tədbirləri sərtləşdirilə bilər

Bakı. Trend:

Vergidən yayınanlarla bağlı qanunvericilik tədbirlərisərtləşdirilə bilər.

Trend xəbərverir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinin baş idarəsinin rəisi Nicat İmanov bu gün Bakıdakeçirilən III dəfə “Vergi və Mühasibatlıq Zirvəsi”ndə deyib.

"İqtisadiyyat Nazirliyi yanında “Dövlət Vergi Xidmətinin2025-2028-ci illər üzrə strategiyası”nda müəyyən edilən fəaliyyətistiqamətlərimizi 4 qrupa bölə bilərik. Bunlardan biri vergiorqanlarının insan haqları səviyyəsinin daha da yüksəldilməsidir.Qısaca desək, iqtisadi inkişafa töhfə verə bilən vergi sistemininformalaşması və inkişaf etməsi üçün burada insan haqları inkişafetməlidir", - idarə rəisi qeyd edib.

O bildirib ki, strategiyadakı ikinci fəaliyyət istiqaməti isədayanıqlı, davamlı, sabit inkişafı təmin edən vergi sistemininformalaşmasıdır:

"Təbii ki, dayanıqlı iqtisadi inkişaf sahibkarlıq mühitinininkişafına da gətirib çıxarır. Məhz sahibkarlığın inkişafını,biznesini təmin edən vergi siyasəti fəaliyyəti tətbiqolunmalıdır.

Digər fəaliyyət istiqamətimiz isə vergidən yayınma və kölgəiqtisadiyyatı ilə mübarizə tədbirlərinin davam etdirilməsidir. Busahədə dayanıqlığın təmin olunması da əhəmiyyətlidir".

"Biz elə bir mühit yaratmaq istəyirik ki, vergi ödəyiciləri üçünhəm vergi yükünə görə, həm digər ödəmələrin asanlığına görəiqtisadi baxımdan səmərəli və şəffaf şəkildə fəaliyyət göstərməkdaha aktual olsun. Digər tərəfdən, elə bir mühit də formalaşdırmaqtərəfdarıyıq ki, vergidən yayınma halları ciddi şəkildə qanunlaməsuliyyətə səbəb olsun.

Dördüncü fəaliyyət istiqamətimiz isə könüllü vergi ödəyiciliksəviyyəsinin artması və vergi mədəniyyətinin yüksəldilməsidir", -N.İmanov vurğulayıb.

Chosen
61
2
az.trend.az

3Sources