EN

"Arsenal" yeni hücumçu almaq üçün futbolçusunu sata bilər

"Arsenal"ın hücumçusu Leandro Trossard başqa kluba keçə bilər.

Apasport.az "Mirror"a istinadla xəbər verir ki, "topçular"ın rəhbərliyi bu yay "Nyukasl"ın hücumçusu Aleksandr İsakı transfer etmək niyyətindədir.

Bu transferi həyata keçirmək üçün London klubu hücumçulardan birini satmalıdır.

Bu səbəblə Trossard komandadan göndərilə bilər. Onunla Səudiyyə Ərəbistanı klublarının maraqlandığı bildirilir.

Bu mövsüm Trossard İngiltərə Premyer Liqasında 27 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun "topçular"la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

 

“Barselona”dan “Palmeyras”a - RƏSMİ

Neymar: "Real"dan istədiyim məbləği ala bilərdim, amma Messi..."

Cerard Pike: "Bu cür oyunlarda komandalar xal qazanmamalıdır" - VİDEO

"Arsenal" "Barselona"nın yarımmüdafiəçisi üçün 75 milyon avro ödəyə bilər

Serdar Dursun İranlı azarkeşləri hövsələdən çıxartdı - VİDEO

Chosen
29
apasport.az

1Sources