EN

Bu rayonlara avtobus reysləri təxirə salınıb

Bakı. Trend:

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Gədəbəy, Qusar, Qəbələvə İsmayıllı istiqamətlərində reyslər təxirə salınıb.

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit havaşəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütündaşıyıcılar, avtovağzal və avtostansiyalar gücləndirilmiş işrejimində fəaliyyətini davam etdirir.

"Qarlı və şaxtalı hava şəraitinin olmasına baxmayaraq avtobussürücüləri vətəndaşlarımıza təhlükəsiz xidmət göstərmək üçün səyləçalışırlar.

Səhər saatlarından bütün marşrutlar üzrə xətlərə avtobuslarburaxılıb. AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollardaavtobusların hərəkətinə nəzarət olunur. Aidiyyəti qurumlarla birgəyollar buzdan təmizləndikcə xətlərə cəlb edilən avtobusların sayıartırılır.

Bəzi istiqamətlərdə, xüsusən də paytaxtın şəhərətrafı vəqəsəbələrarası yollarının buzlaşması ilə əlaqədar avtobuslarınhərəkətində çətinliklər yaranıb. Sürət həddi mövcud şəraitə uyğuntənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidəedilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbuletmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahişolunur.

Bölgələrdə də şəhərlərarası, şəhərdaxili və rayondaxilisərnişindaşıma adi rejimdə davam etdirilir. Təhlükəsizlik səbəbiilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Gədəbəy, Qusar, Qəbələvə İsmayıllı istiqamətlərində reyslər təxirə salınıb. Buistiqamətlərdə reyslərin bərpası haqqında ictimaiyyətə əlavəməlumat veriləcək", - qurumdan bildirilib.

Məqalədə:
Chosen
35
39
az.trend.az

10Sources