EN

"Liverpul" maliyyə hesabatı yaydı: Klub zərərdədir?

"Liverpul" 2023/24 mövsümü üçün gəlir və xərclərini açıqlayıb.

Publika.az xəbər verir ki, Mersisayd klubu ilk dəfə 300 milyon funt-sterlinqdən çox kommersiya gəliri əldə edib. Ümumi zərər 57 milyon funt-sterlinq olub.

“Qırmızılar”ın yayım gəliri 38 milyon funt-sterlinq azalaraq 204 milyon funt-sterlinqə, matç günü gəliri isə 22 milyon funt-sterlinq artaraq 102 milyona çatıb.

Kommersiya gəlirləri 36 milyon funt sterlinq artaraq 308 milyon funt-sterlinqə yüksəlib. İnzibati xərclər də 38 milyon funt sterlinq artaraq 600 milyona çatıb.

Ümumi gəlir 20 milyon funt sterlinq artaraq 614 milyon funt-sterlinq təşkil edib.

Chosen
39
publika.az

1Sources