Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski və ABŞ Prezidenti Donadl Tramp arasından yaşanan və bütün dünyada rezonansa səbəb olan məlum gərginlik Vaşinqtonu hərəkətə keçirib.
"AzPolitika" xəbər verir ki, ABŞ Dövlət Departamentinin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) adı açıqlanmayan rəsmisi "NBC"-yə Ağ Evin Ukraynanın enerji şəbəkəsinin bərpasına verdiyi dəstəyin dayandırıldığını açıqlayıb.
Qeyd olunub ki, Birləşmiş Ştatların Rusiya ordusunun hücumlarından zərər çəkmiş Ukraynanın enerji şəbəkəsinin yenidən qurulması üçün ayırdığı 100 milyon dollarlıq investisiya layihəsi dayandırılıb.
“Bu, administrasiyanın atəşkəslə bağlı danışıqlar aparmaq qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədir və Rusiyaya Ukraynaya və ya keçmiş sərmayələrimizə əhəmiyyət vermədiyimiz barədə aydın mesaj verir”, - USAİD-in adı açıqlanmayan rəsmisi bildirib.
Həmçinin bildirilib ki, xaricdəki fəaliyyətini böyük ölçüdə dayandıran USAID Ukraynanın Enerji Təhlükəsizliyi Layihəsini dayandırmaqla yanaşı, Ukraynadakı mövcudluğunu da əhəmiyyətli dərəcədə azaldır.
"AzPolitika.info"