Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubu martın 3-ü Tehranda İran təmsilçisi "İstiqlal"la keçirilməsi planlaşdırılan matçın neytral məkanda təşkil olunmasını istəyib.
Bizim.Media xəbər verir ki, komanda buna səbəb kimi Kriştiano Ronaldonun İranda şallaqlanma təhlükəsi ilə üzləşə biləcəyini göstərib.
"İstiqlal" klubu isə bu tələbi rədd edib və Ronaldoya təhlükəsizlik zəmanəti verib.
Xatırladaq ki, Kriştiano Ronaldo 2023-cü ildə "Persopolis" matçı üçün İrana gedəndə matçdan əvvəl portuqaliyalı superulduz iranlı rəssam Fatimə Hamami ilə görüşüb və o, ona pərəstişkarı olduğu CR7-nin rəsmini hədiyyə edib. Hamaminin xahiş etdiyi bu görüşdə Ronaldo təşəkkür əlaməti olaraq fiziki qüsurlu qadını qucaqlayıb və alnından öpüb.
İranda qüvvədə olan qanunlara görə, bu əməl zina sayılır və cəzası 99 şallaqdır.
Bizim.Media