EN

Bakıda beynəlxalq hakimlik kursları keçirilir

Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə stend atıcılığı üzrə beynəlxalq hakimlik kursları keçirilir.

Apasport.az xəbər verir ki, tədbir Bakı Atıcılıq Mərkəzində təşkil edilir.

Dairəvi və səngər stendi üzrə baş tutan təlimlər martın 2-dək davam edəcək. Referilər 2025-ci il üçün təsdiqlənmiş ISSF qaydaları ilə yaxından tanış olub, həm nəzəri seminarlar, həm də praktiki məşğələlərdə iştirak edirlər.

Kursun sonunda hakimlər imtahan verərək beynəlxalq sertifikat əldə edəcəklər.

Avropa çempionatına 4 kateqoriyada 6 idmançımız yollanır

Xizəkçilərimiz Türk Dövlətləri Kubokunda iki medal qazanıblar

Sumqayıt şəhər birinciliyinin qalibləri müəyyənləşib

Millimiz danimarkalılara da məğlub oldu

Millimiz İspaniya yığmasına məğlub olub

Chosen
84
7
apasport.az

8Sources