EN

Zelenski dünənki fiaskoya görə üzr istəməlidir - Marko Rubio

BAKI,TurkicWorld

Ukrayna Prezidentinin belə davranması qəribədir və dünənki fiaskoya görə üzr istəməlidir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti, dünən prezident Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş verən gərginliyə dair senator Marko Rubionun CNN-ə verdiyi müsahibəni yayımlayıb.

Müsahibədə Rubiodan, mübahisədən sonra Ukrayna Prezidentinin üzr istəməyəcəyini bildirməsi ilə bağlı fikri soruşulub. Rubio isə Zelenskinin üzr istəməli olduğunu deyərək, onun bu davranışına qatılmadığını bildirib.

O, Zelenskinin seçdiyi addımların Ukraynanı sülh prosesində geri apardığını və dünən baş verənlərin təəssüf doğurduğunu vurğulayıb.

Rubio bildirib ki, insanlar yalnız dünən baş verənləri görür, amma bu vəziyyətə gətirib çıxaran prosesi izləmirlər.

"Tramp bu müharibənin heç başlamamalı olduğunu düşünür. Biz, Rusiyanı danışıqlar masasına gətirmək planımızı kifayət qədər açıq şəkildə izah etdik," – deyə senator əlavə edib.

Rubio, son 10 gün ərzində Ukrayna ilə aparılan danışıqlarda çətinliklər yaşandığını da qeyd edib.

Keçmiş ABŞ Prezidenti Co Baydenin administrasiyasının Ukraynanın hər istəyini qarşıladığını bildirən Rubio, keçmiş hökumətin "bir çıxmazı maliyyələşdirdiyini" iddia edib.

Rusiyanın insan həyatına önəm vermədiyini söyləyən Rubio, bu mürəkkəb, bahalı və qanlı müharibənin dayandırılması lazım olduğunu vurğulayıb

Chosen
58
turkic.world

1Sources