Fevralın 24-ü İstanbulda avtomobil qəzası keçirən Müjde Ardan xəbər var.
Far.Az xəbər verir ki, avtomobil qəzası keçirən "Yeşilçam"ın məşhur aktrisası xəstəxanadan evə buraxılıb.
Bu barədə onun həkimi Volkan Özben sosial şəbəkədə paylaşım edib. O aktrisa ilə fotosunu paylaşraq ona sağlam həyat arzuladığını qeyd edib.
Xatırladaq ki, Müjde Ar nazir həyat yoldaşı Ercan Karakaşla avtomobil qəzası keçirib. Onların maşını qarşıdan gələn avtobusla toqquşub.