Yanvarın sonlarında "Mançester Yunayted"dən "Real Betis"ə transfer olunan Antoni İspaniya klubunda performansı ilə diqqət çəkir. 

Offsideplus.az xəbər verir ki, 24 yaşlı oyunçunun İngiltərədə uğursuzluğa uğrayıb, İspaniyada yaxşı çıxış etməsi problemin "Mançester Yunayted"də olması ehtimalını ortaya çıxarır. Bu məsələyə "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim münasibət bildirib. 

"Bəzi futbolçular barədə danışırıq, məsələn Antoni. İspaniyada çox yaxşıdır. Lakin bir çox faktorlar var. Sizi əmin edə bilərəm ki, bu, fiziki hazırlığa bağlıdır". 

Qeyd edək ki, braziliyalı hücumçu "Real Betis"ə transferindən bəri 3 qol, 2 assistə imza atıb. 

Xatırladaq ki, komanda bu gün evdə "Real"ı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Antoninin bu görüşdə iştirakı gözlənilir.