EN

Dövlət Komitəsi ilin ən yaxşı memarlarını “Təməl” mükafatı ilə təltif etdi

19 il öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsis edildiyi 28 fevral tarixində ötən ilin ən uğurlu memarlıq layihələrinin mükafatlandırılması mərasimi keçirilib.

KONKRET.az xəbər verir ki, 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilərək Komitə tərəfindən ilk dəfə təşkil edilmiş ən yaxşı memarların mükafatlandırılması mərasimi bundan sonra hər il “Təməl” Mükafatı adı altında təşkil ediləcək.

Təşəbbüsün məqsədi il ərzində seçilmiş müəlliflərin (memarların) yaradıcı layihələrinin müvafiq peşəkarlıq meyarlarına əsasən qiymətləndirilməsi, memarlıq sənətinin inkişaf etdirilməsi və bununla da yaşayış məntəqələrində şəhərsalma mühitinin və həyat keyfiyyətinin daha da yaxşılaşdırılmasına təkan verməkdir.

Mərasimdə açılış nitqi ilə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir şəhərsalma və memarlıq siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın daimi xüsusi diqqəti və qayğısı sayəsində uğurla davam etdirildiyini vurğulayıb.

O, son illər ərzində bu sahədə mühüm struktur və qanunvericilik islahatlarının həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib. Komitə sədri “Təməl” mükafatının Azərbaycanda memarlığın inkişafında yeni bir mərhələnin başlanğıcını qoyduğunu və məhz bu səbəbdən mükafatın rəmzi adının seçildiyini qeyd edib.

Chosen
53
8
konkret.az

10Sources