EN

Voleybolçularımızın klubu Rumıniya çempionatının yarımfinalında

Qadın voleybolçular arasında Rumıniya çempionatının pley-off oyunlarına start verilib.

İdman.biz xəbər verir ki, müntəzəm çempionatın qalibi, Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Olena Xarçenkonun çıxış etdiyi "Alba" iki dəfə "Tarqovişte"ni məğlub edib.

İlk oyunda 3:0 hesablı qələbə qazanan liqanın lideri cavab qarşılaşmasında da 3:1 hesabı ilə qalib gəlib. Lakin Ruban və Xarçenko bu görüşlərdə iştirak etməyiblər.

Bu qələbələr sayəsində "Alba" ölkə çempionatının yarımfinalına yüksəlib.

İdman.biz

Chosen
29
idman.biz

1Sources