EN

İlon Mask 14-cü dəfə ata oldu

“Tesla”nın CEO-su İlon Mask 14-cü dəfə ata olub.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, Maskın yeni övladı olan Seldon Laykruqsu Neuralink icraçısı Şivon Zilis dünyaya gətirib. Bu, Maskın Zilis ilə dördüncü övladıdır.

Milyarderin ilk həyat yoldaşları Justin Vilson və musiqiçi Grimes ilə də uşaqları var. Müəllif Aşley St. Klair də iddia edir ki, Mask onun 5 aylıq oğlunun atasıdır və bu, hüquqi mübahisələrə səbəb olub.

Chosen
71
1
demokrat.az

10Sources