3 martdan etibarən IV - sonuncu dövrəsi başlayacaq Azərbaycan Basketbol Liqasında XVI turun oyun cədvəli bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu turdan etibarən ABL-də cüt oyun həftəsi start götürəcək. A qrupunda "Neftçi" - "Naxçıvan" və "Sərhədçi" - "Sabah" qarşılaşması 3 mart saat 19:00-da başlayacaq.
Xatırladaq ki, 15 turdan sonra A qrupuna "Naxçıvan", B qrupuna isə "Gəncə" liderlik edir.
Oyun təqvimini təqdim edirik:
ABL, XVI tur
3 mart
19:00 Neftçi İK - Naxçıvan BK
19:00 Sərhədçi BK - Sabah BK
4 mart
14:00 Lənkəran BK - Sumqayıt BK
19:00 Abşeron BK - NTD BK
5 mart
14:00 Şəki BK - Ordu İK
19:00 Quba BK - Gəncə BK
ABL, XVII tur
7 mart
19:00 NTD BK - Naxçıvan BK
8 mart
12:30 Sabah BK - Neftçi BK
16:00 Quba BK - Şəki BK
19:00 Abşeron BK - Sərhədçi BK
9 mart
14:00 Gəncə BK - Lənkəran BK
19:00 Sumqayıt BK - Ordu İK