EN

"Skoda" 5000-dən çox işçini ixtisar edəcək

Çexiyanın avtomobil istehsalçısı "Skoda-Auto" 2028-ci ilə qədər işçi heyətini 15% azaltmağı planlaşdırır.

Valyuta.Az xəbər verir ki, bu barədə Çexiyanın "ČTK" informasiya agentliyi məlumat yayıb.  

Beynəlxalq "Volkswagen" konserninin tərkibinə daxil olan çex şirkətində təxminən 35 min nəfər çalışır. Şirkət rəhbərliyinin bildirdiyinə görə, heyətin azaldılması təbii kadr axını hesabına həyata keçiriləcək. Bununla yanaşı, müddətsiz əmək müqaviləsi imzalayan işçilərin ixtisara salınması nəzərdə tutulmur.  

"Skoda-Auto" rəhbərliyi hesab edir ki, işçi sayının azalmasına demoqrafik dəyişikliklər də təsir göstərəcək. Optimallaşdırma prosesi əsasən qısamüddətli müqavilə əsasında çalışan və şirkətlə uzunmüddətli əmək münasibətlərində maraqlı olmayan işçilərə şamil ediləcək.  

Rəhim

Chosen
53
valyuta.az

1Sources