EN

Hər 10 qadından 1-i bunu yaşayır: Heç kim bunu hiss etmir

Hər 10 qadından 1-i bunu yaşayır:

Hər 10 qadından 1-də rast gəlinən bu xəstəliyə qarşı maarifləndirmə, həm xəstələr, həm də həkimlər arasında maarifləndirməyə çağırış edilib. Bəs, bu xəstəlik nədir və onun əlamətləri nədir?

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, tədqiqat, hər 10 qadından birinin endometriozdan əziyyət çəkdiyini, gənc yetkinlərin yarısının bundan xəbərsiz olduğunu ortaya qoydu.

Endometrioz nədir?

Bu xəstəlik, bədənin müxtəlif yerlərində uterusun daxili səthinə bənzər hüceyrələr böyüdükdə baş verir. Adətən yumurtalıqları, fallopiya borularını və çanaq sümüklərini əhatə edən toxumalarda baş verir. Bəzən sidik kisəsi və bağırsaqlar kimi orqanlara da təsir edə bilər. Bundan əlavə, bu vəziyyət hamiləlikdə çətinliklərə, əhval dəyişikliyinə və narahatlığa səbəb ola bilər. Endometriozun dəqiq səbəbi bilinməsə də, ən çox görülən ginekoloji xəstəliklərdən biri kimi önə çıxır.

Endometriozun əlamətləri nələrdir? 

- Gündəlik həyata təsir edən şiddətli menstrual ağrı

- Yüngül menstrual qanaxma

- Cinsi əlaqə zamanı və ya sonra ağrı

- Bağırsaq hərəkətləri və ya defekasiya zamanı ağrı

- Sidik ifrazı zamanı ağrı hiss olunur

- Hamilə qalmaqda çətinlik – Məlumdur ki, endometriozlu qadınların 70%-i təbii yolla hamilə qala bilər.

- Yorğunluq.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Chosen
33
15
e-saglam.az

10Sources