EN

“Yuventus”un sabiq futbolçusu 32 yaşındavəfat etdi

“Yuventus”un sabiq futbolçusu Niko İdalqo 32 yaşında vəfat edib.

“Qafqazinfo” bu barədə ESPN-ə istinadən xəbər verir.

Keçmiş yarımmüdafiəçi 2021-ci ildən ağciyər xərçəngi ilə mübarizə aparırdı. 

O, futbolçu karyerasını 2021/2022 mövsümündə İspaniya “Estremadura”sında başa vurub.

Qeyd edək ki, Niko İdalqo 2014-2017-ci illərdə “Yuventus”un oyunçusu kimi qeydiyyata alınsa da, lakin İtaliya nəhənginin əsas komandasında matça çıxmayıb. “Kadis” və “Qranada”nın B komandasında icarə əsasında çıxış edib. 

O, peşəkar karyerası ərzində 234 oyunda 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
26
5
qafqazinfo.az

6Sources