EN

Afrikada Ramazan Xeyriyyə Layihələri: 2025-ci ildə Minlərlə İnsana Yardım Deməkdir

BAKI, TurkicWorld

Afrikada aclıq milyonlarla insanın gündəlik həyatda qarşılaşdığı ən böyük problemlərdən biridir və iqlim dəyişiklikləri, münaqişələr və yoxsulluq bu vəziyyəti daha da ağırlaşdırır. Əksər regionlarda qida çatışmazlığı, uşaqların və qadınların qeyri-kafi qidalanması səbəbindən yüksək ölüm nisbətinə səbəb olur. Beynəlxalq təşkilatlar və xeyriyyə fondları aclığın azaldılması üçün yardım kampaniyaları təşkil etsə də, davamlı həll yollarına ehtiyac var.
Afrikada fəaliyyət göstərən "Amel Salih" xeyriyyə təşkilatı, 2025-ci il Ramazan ayı ərzində 38 Afrika ölkəsində genişmiqyaslı yardım kampaniyası həyata keçirməyə hazırlaşır. Təşkilat, müxtəlif sosial layihələrlə ehtiyacı olan insanlara dəstək verməyi hədəfləyir.
Layihələr çərçivəsində həyata keçiriləcək əsas fəaliyyətlər bunlardır:

Ehtiyacı olan ailələrə ərzaq yardımı: Hər ailəyə ərzaq səbətləri (50 AZN dəyərində) təqdim ediləcək. Ümumilikdə 38 ölkədə 100 səbət olmaqla, layihənin ümumi dəyəri 190,000 AZN təşkil edir.
Oruc tutanlar üçün iftar süfrələri: Xeyriyyə və ya fidyə məqsədilə hər biri 100 nəfərlik 20 iftar süfrəsi açılacaq. Bu layihənin dəyəri 10,000 - 20,000 AZN arasında dəyişir.
Aztəminatlı ailələrə fitrə zəkatının paylanması: Hər bir ailəyə 30 AZN məbləğində fitrə zəkatı veriləcək. 10 ölkədə ümumilikdə 15,000 AZN vəsait tələb olunur.
Quran əzbərləmə yarışması: 5 Afrika ölkəsində 100 iştirakçıdan ibarət Quran müsabiqəsi təşkil ediləcək. Layihənin ümumi dəyəri 7,500 AZN-dir.
Uşaqlara bayram hədiyyələri: 7 Afrika ölkəsində 1000 uşağa 10 AZN dəyərində bayram hədiyyələri təqdim ediləcək. Bu layihəyə 7,000 AZN ayrılıb.
Təşkilatın rəsmi qeydiyyatı Benin və Nigeriya dövlətlərində təsdiqlənib və yardım kampaniyaları tam qanuni əsaslarla həyata keçirilir.
İanələr və Sponsorluq İmkanları
Xeyriyyə təşkilatı, fərdi və korporativ sponsorların dəstəyini alaraq yardım miqyasını daha da genişləndirməyi planlaşdırır. Sponsor olan şəxslər və qurumlar layihələrin öz adlarına sənədləşdirilməsini və foto/video hesabatın təqdim olunmasını tələb edə bilərlər.

Yardım etmək istəyənlər üçün bank hesabları:
LEO BANK: 4098 5844 9713 3007
LEO BANK: 4098 5844 9611 4875
UNIBANK: 5243 7544 4991 4843
LEO BANK: 4098 5844 9718 6195
LEO BANK: 4098 5844 9788 6273
İanələrin düzgün hesaba köçürüldüyündən əmin olmaq üçün vətəndaşlara öncədən yoxlama aparmaları tövsiyə olunur.
“Mömin olub saleh əməllər edən kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri saleh əməllərə görə mükafatlarını verəcəyik.” (Nəhl, 97)


Sən də, SAVABA İMZA AT - SƏRHƏDLƏRİ AŞ
Təşkilatın fəaliyyəti ilə Telegram kanlından tanış olmaq olar

Chosen
27
turkic.world

1Sources