EN

Azərbaycanda muzdlu işlə əlaqədar vahid bəyannamə sadələşdiriləcək

Azərbaycanda muzdlu işlə əlaqədar vahid bəyannamə sadələşdiriləcək

“Bu il başa çatdırılması nəzərdə tutulan məqamlardan biri də dövlət rüsumu haqqında hesabatın və bütün ƏDV ödəyicilərinin AVİS 2 platforması çərçivəsində elektron portal üzərindən bəyannamələrin təqdim edilməsidir”. 

Operativ Media xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov ölkənin aparıcı maliyyə və biznes platformalarından biri olan “Vergi və Mühasibatlıq Zirvəsi 2025”də (VMZ2025) deyib.

O, bunun da cari ilin birinci yarım illiyində başa çatdırılmasının nəzərdə tutulduğunu söyləyib.

N.Dərgahov həmçinin bildirib ki, ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulan hədəf qoyulmuş məsələlərdən biri də muzdlu işlə əlaqədar vahid bəyannamədə kifayət qədər optimallaşma və sadələşməyə gedilməsi məsələləridir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə qarşılıqlı fəaliyyət çərçivəsində bir çox məlumatların vahid bəyannamədən çıxarılmasına razılaşmışıq. Bu sahədə artıq hər iki qurumun texniki komandası birgə səy göstərir ki, bu prosesi qısa zamanda başa çatdırsın”.

Rəis müavininin sözlərinə görə, bu işlərin görülməsində əsas məqsəd həm emala təqdim olunacaq məlumatların sayının azaldılması, həm də bu prosesdə mühasiblər tərəfindən sərf olunan vaxtın və əmək resurslarından səmərəli istifadənin təmin olunmasıdır:

“Qeyd etmək istəyirəm ki, bu gün bəyannamələrin təqdim olunması prosesində bir çox çətinliklər yaşandığı bizə məlumdur. Düşünürük ki, bu çətinliklərin qarşısının alınması üçün məlumatların mümkün qədər azaldılması və bəyannamələrin sadələşdirilməsi zəruri prosesdir”.

Chosen
59
operativmedia.az

1Sources