Almaniya II Bundesliqasında XXIV turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” evdə “Hannover”ə uduzub.
Matça ehtiyat oyunçular skamyasında başlayan Mahir 77-ci dəqiqədə Robin Knoçu əvəzləyib.
“Nürnberq” aktivindəki 35 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Almaniya II Bundesliqası
XXIV Tur
1 mart
Nürnberq – Hannover 1:2
Qollar: S.Tzimas, 36 – E.Leopold, 42, J.Knayt, 57