"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim "qırmızı şeytanlar"ın bu qış "Betis"ə icarəyə verdikləri Antoninin İspaniya klubundakı performansını dəyərləndirib.
Fanat.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssisin sözlərini tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Antoninin İspaniyada yaxşı görünməsinin səbəbləri çoxdur. Amma sizi əmin edirəm ki, bu, daha çox fiziki aspektə bağlı məsələdir".
Qeyd edək ki, "Betis"in forması ilə ümumilikdə 6 matça çıxan Antoni 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Sevilya təmsilçisinin heyətində cari mövsümün sonunadək oynayacaq vingerin MY ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Nihat