NATO-nun baş katibi Mark Rutte Ukrayna Prezidenti Volodimir Zelenskini amerikalı həmkarı Donald Trampla münasibətləri bərpa etməyə çağırıb.
Publika.az xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində bildirib.
Alyans rəhbəri Ağ Evdə siyasətçilər arasında yaranan mübahisəni “təəssüf doğuran” adlandırıb.
"Mən Zelenskiyə dedim ki, o, Donald Tramp və onun administrasiyası ilə münasibətləri bərpa etmək üçün bir yol tapmalıdır", - Rutte bildirib.