NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Volodimir Zelenskini ABŞ administrasiyası ilə münasibətləri yaxşılaşdırmağın yollarını tapmağa çağırıb.
Aznews.az xəbər verir ki, bu haqda Rutte BBC-yə müsahibəsində deyib.
“Mən Zelenskiyə dedim ki, siz Donald Tramp və ABŞ administrasiyası ilə münasibətlərinizi bərpa etməyin yolunu tapmalısınız”, - deyə Rutte bildirib.
Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda canlı efirdə Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında qızğın mübahisə baş verib.