EN

Mahir nəhayət ki, “Nürnberq”də meydana çıxdı

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın “Nürnberq” komandası ikinci Bundesliqada növbəti oyununu keçirib.

Hurriyyet.az xəbər verir ki, Miroslav Klozenin baş məşqçisi olduğu kollektiv 24-cü turda “Hannover”i qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı  qələbəsi ilə bitib.

Emreli görüşün 77-ci dəqiqəsində Robin Noçun əvəzinə meydana çıxıb.

Qeyd edək ki, azərbaycanlı forvard bundan əvvəlki iki görüşün iştirak ərizəsində yer almamışdı. \\Qafqazinfo/Az

Chosen
42
4
hurriyyet.az

7Sources