Qənirə Ataşovanın yayımladığı xəbərdə vurğulanırdı ki, Azərbaycanın axsaq səhiyyə sisteminin diqqətinə! Bu sənədin sahibi Azərbaycan Səhiyyə Nazirliyindən həkim-fizioterapevt kimi sertifikat alıb. O, digər tibb universiteti məzunları kimi tam ixtisaslı həkim sertifikatını necə əldə edib? Gəlin, onun təhsil yoluna nəzər salaq:
-2003-2008-ci ildə cü ildə Odalar Yurdu Universitetinə tibbi biologiya ixtisası üzrə bakalavr təhsil alıb.
Maraqlıdır ki, bir il sonra tibbi biologiya ixtisasını bitirən şəxs Şəmkir Rayon Xəstəxanasında həkim-fizioterapevt kimi internatura keçib. Saxtakarlığın ilk təməli elə burada qoyulub.
Bu məlumat yayıldıqdan sonra, diplomun kimə məxsus olduğu öyrənməyə çalışdıq.
İddialara görə, bu diplomun sahibi Fizioterapiya və Reabilitasiya Mərkəzində çalışan, özünün sosial platmfora hesabında Dr. fizioterapevt və reabilitiloq kimi təqdim edən Rəhimə Atəşə məxsusdur.
Bu məlumatı yayımlamadan öncə, xanım reabilitiloq Rəhimə xanım Atəşlə əlaqə saxlamağa çalışdıq. Artıq iki gündür Rəhimə Atəşin qəbul telefonu ilə köməkçisi ilə əlaqə saxlayaraq, onun da mövqeyini təqdim etmək istədik. Amma nə yazıq ki, hər zəngimizdə Rəhimə Atəşin köməkçisi “Rəhimə xanıma məlumat vermişik, sizinlə əlaqə saxlayacaq”-deyə cavab verdi.Amma nədənsə bu iki gün ərzində Rəhimə xanım Atəşlə əlaqə yaratmaq mümkün olmadı.
Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.(vətəninfo.az)


10Sources
-
azia.azDaha bir “saxta” həkim qalmaqalı – Rəhimə Atəş necə fizioterapevt olub? ( 15892829)
-
hurriyyet.azDaha bir “saxta” həkim qalmaqalı – Rəhimə Atəş necə fizioterapevt olub? ( 15891685)
-
yenisoz.azDaha bir “saxta” həkim qalmaqalı – Rəhimə Atəş necə fizioterapevt olub? ( 15879425)
-
buta.tvOdlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? Qənirə Ataşova sensasion sənədlər yaydı –FOTOLAR ( 15796611)
-
azia.azOdlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı ( 15794475)
-
pravda.azOdlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? Qənirə Ataşova sensasion sənədlər yaydı – FOTOLAR ( 15792443)
-
sabahinfo.azOdlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Sənədlər ( 15789109)
-
demokrat.azOdlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? Qənirə Ataşova sensasion sənədlər yaydı —FOTOLAR ( 15788017)
-
Doktorm.azDaha bir "saxta" həkim qalmaqalı – Rəhimə Atəş necə fizioterapevt olub? ( 15778555)
-
nocomment.azDaha bir “saxta” həkim qalmaqalı – Rəhimə Atəş necə fizioterapevt olub? ( 15774371)