EN

Boliviyada avtobusun toqquşması nəticəsində 37 nəfər ölüb

Boliviyanın cənub-qərbindəki Uyuni şəhərində iki avtobusun toqquşması nəticəsində 37 nəfər ölüb, 30-a yaxın adam yaralanıb.

Bu barədə El País məlumat yayıb.

Qəzet polisin bəyanatından sitat gətirir: “Bizdə təxminən 37 nəfərin ölümü və daha 30 nəfərin yaralanması barədə məlumat var.

Sürücülərdən birinin sərxoş olduğu ehtimal edilir.

Fevralın 18-də Boliviyanın Potosi departamentində avtobusun 800 metr (2650 fut) aşması nəticəsində azı 31 nəfər həlak olub.

DOĞRU.AZ

Chosen
47
dogru.az

1Sources