EN

Lənkəranda 10 kiloqram narkotik vasitə və silah-sursat aşkarlanıb – FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 37 yaşlı Ağa Ağayev saxlanılıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Doğru.az-a verilən məlumata görə, həmin şəxsdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 10 kiloqram marixuana aşkarlanıb.

Araşdırmalarla A.Ağayevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib.

Həyata keçirilən digər tədbirlərlə isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 35 yaşlı Elşad Səfərov saxlanılıb. Ondan “Makarov” markalı tapança, 8 ədəd patron və daraq aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-17408293943162736405_1200x630 image-17408293945977215379_1200x630

Chosen
148
31
dogru.az

10Sources