Boliviyada avtobusun toqquşması nəticəsində 37 nəfər ölüb
Boliviyanın cənubunda avtobusun toqquşması nəticəsində 37 nəfər ölüb.
Operativ Media-nın məlumatına görə, bu barədə "El País" qəzeti polisə istinadən bildirib.
"Təxminən 37 ölü və 30 yaralı var, onların vəziyyəti hələ də qiymətləndirilməkdədir", - deyə Uyuni şəhərinin Sərhəd Polisinin komandiri Vilson Flores bildirib.
Məlumata əsasən, avtobuslardan biri Uyunidən məşhur karnavalın keçirildiyi Oruro şəhərinə gedirdi. Qəzanın səbəbləri hələ müəyyən edilməyib.