NATO-nun Baş katibi Mark Rutte Ukrayna lideri Volodimir Zelenskini ABŞ Prezidenti Donald Trampla münasibətləri bərpa etməyə çağırıb. Manset.az xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində bildirib. “Mən Zelenskiyə dedim ki, o, Donald Tramp və onun administrasiyası ilə münasibətləri bərpa etmək üçün bir yol tapmalıdır", - Rutte deyib. Baş katib Ağ Evdəki qalmaqalı "təəssüf doğuran hadisə" adlandırıb.