Bakı. Trend:
Martın 1-də saat 20 radələrində Siyəzən rayonunda 1999-cu iltəvəllüdlü K.İsmiyev 2007-ci il təvəllüdlü T.Quliyevə aralarındayaranmış mübahisə zamanı kəsici alətlə xəsarət yetirib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru,polis baş leytenantı Xəyal Talıbov Trend-ə bildirib ki, polis əməkdaşlarıtərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.