Siyəzəndə bıçaqlanma hadisəsi baş verib.
Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib.
Qeyd edilib ki, bu gün axşam saat 20 radələrində Siyəzən rayonunda 1999-cu il təvəllüdlü K.İsmiyev 2007-ci il təvəllüdlü T.Quliyevə aralarında yaranmış mübahisə zamanı kəsici alətlə xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.